Rusiya Prezidenti Vladimir Putinlə müsahibə üçün Moskvaya səfər edən jurnalist Taker Karlson Rusiyanı tərk edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Belə ki, sosial şəbəkələrdə Karlsonun Moskvadan Belqrada gecə reysi ilə uçarkən görüntüləri yayımlanıb.

Qeyd edək ki, Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov Karlsonun Putinlə görüşüb danışdığını təsdiqləyib. Daha sonra jurnalist müsahibənin fevralın 9-da Moskva vaxtı ilə saat 02:00-da öz saytında dərc olunacağını açıqlayıb.