Taylandda Muanq bölgəsindəki Mae Klong çayında neft tankeri alovlanaraq partlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Bangkok Post” məlumat yayıb.

Məlumatda partlayış nəticəsində 8 nəfərin itkin düşdüyü bildirilib.

Smooth Sea 22 tankerinin çənlərinin boş olduğu qeyd olunub:

“Partlayış bir neçə kilometr radiusda eşidilib və hiss edilib. Evlərin pəncərələri sındırılıb. Təxminən bir saat sonra Dəniz Departamenti gəmidəki yanğının nəzarət altına alındığını bildirib”.