Tailandda turistləri daşıyan avtobus yük maşını ilə toqquşub.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində 26 nəfər xəsarət alıb.

Məlumata görə, qəza martın 19-da günorta saatlarında Banqkoka gedən magistral yolda baş verib. Göyərtəsində çinli turistlərin olduğu avtobus “Hino” markalı yük maşınına çırpılıb.

Nəticədə 26 sərnişinin hamısı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkənlər yerli xəstəxanalara çatdırılıb.

Səlahiyyətlilər hadisənin səbəbini araşdırır.