"Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində iqtisadi təhlükəsizliyə təhdidlər və milli iqtisadiyyatlar üçün risklər artıb. Buna görə də Birliyin 2030-cu ilə qədər iqtisadi inkişaf strategiyasına ciddi əməl etmək lazımdır".

İqtisadiyyat.az xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclasında deyib.

Tacikistan lideri onu da qeyd edib ki, bu strategiyanın həyata keçirilməsində dövlətlərin imkanları, o cümlədən onların resursları, istehsal və maliyyə imkanları, eləcə də regionda və dünyada geosiyasi vəziyyət nəzərə alınmalıdır.

 

Gözəl Həşimova