Tacikistan və Türkiyə xarici işlər nazirlikləri arasında 2024-2026-cı illər üçün əməkdaşlıq proqramı imzalanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

İki ölkənin diplomatik nümayəndələri siyasət, iqtisadiyyat, ticarət, investisiya, təhsil, elm, mədəniyyət, səhiyyə və turizm sahələrində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.

Bundan əlavə, görüş zamanı tərəflər təhlükəsizliyin təmin edilməsi, terrorizmlə mübarizə, eləcə də əməkdaşlığın hüquqi bazasının gücləndirilməsi mövzularına toxunublar. Bildirilir ki, iki ölkənin beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətinə də baxılıb.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 9-da axşam saatlarında Düşənbəyə gəlib.

 

Gözəl Həşimova