Qalxanabənzər vəzi xəstəlikləri cəmiyyətdə ən çox rast gəlinən xəstəliklər sırasındadır. Ümumi sağlamlığa təsir edən bu xəstəliyin daşıyıcısı olan insanlar qidalanmalarına xüsusi diqqət yetirməlidirlər.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı türkiyəli professor rof. Dr. İbrahim Saraçoğlu məlumat verib.

O, şüyüdün qalxanabənzər vəzi xəstəliyinin müalicəsi üçün effektiv olduğunu bildirib:

"Şüyüdlə müalicə tiroid hormonlarını balanslaşdırır və sağlam işləməsini kömək edir. Bundan əlavə, şüyüd ilə müalicə düyünlərin kiçilməsində və ya tamamilə yox olmasında təsirlidir. Bir neçə mm ölçüdə olan düyünləri tamamilə məhv edə bilər, sm səviyyəsində düyünləri kiçildir. Şüyüdlə müalicə ilə yanaşı, qalxanabənzər vəzin düyünlərinə qarşı başqa bitki mənşəli müalicələr də var".

Onun sözlərinə görə, bu müalicəni 3 ay ərzində tətbiq etmək lazımdır. Səhər, günorta və axşam acqarına, yeməkdən 15 dəqiqə əvvəl 1 xörək qaşığı doğranmış təzə yaşıl şüyüdü bir neçə dəfə çeynəyib, 2-3 qurtum su ilə udulur. Bunu 3 ay fasiləsiz davam etdirməlisiniz. Şüyüdlə müalicənin ikinci ayından sonra tiroid hormonlarını vaxtaşırı yoxlatdırmaq lazımdır. Çünki istifadə etdiyiniz dərmanların dozasını azaltmağa ehtiyac yarana bilər.