Misirin beynəlxalq enerji şirkəti olan "Cheiron" şirkətinin Süveyş körfəzinin şimalında yeni neft yatağı aşkar edib.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, bununla bağlı Misirin Neft və Mineral Ehtiyatlar Nazirliyi açıqlama yayıb. 

Açıqlamada çıxarılan neftin yüksək keyfiyyətli olduğu qeyd edilsə də, miqdarı barədə məlumat verilməyib. Yaxın zamanlarda nazirliyin yeni netf yatağı barədə geniş məlumat verəcəyi gözlənilir. 

Gülşən Şərif