Misirin Aralıq dənizi ilə Qırmızı dənizi birləşdirən Süveyş kanalından əldə edilən gəlir bu ilin ilk 11 günündə illik müqayisədə 40% azalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə məlumatı kanalın rəhbəri Usamə Rabia məlumat açıqlayıb.

Hesabat dövründə kanal vasitəsilə tranzit daşıma 30% azalıb. İlin əvvəlindən bəri kanaldan keçən gəmilərin sayı 544-ə qədər azalıb. Belə ki, keçən ilin eyni dövründə kanaldan 777 gəmi keçib.

Bundan əvvəl Rabia husilərə görə Qırmızı dənizin cənub hissəsində yaranmış gərgin vəziyyətlə əlaqədar gəmilərin kanaldan hərəkətinin dayandırılması ilə bağlı məlumatı təkzib edib.

 

Gözəl Həşimova