Şuşa şəhərindəki Bayraq meydanında yenidənqurma və abadlıq işləri aparılacaq.

İqtisadiyyat.az xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruq İdarəsi bununla bağlı hazırlıqlara başlayıb.

Bayraq meydanının yenidən qurulması və abadlaşdırılmasının layihələndirilməsinə start verilib.

Layihələndirmə işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutu həyata keçirəcək.

Qeyd edək ki, Şuşanın Bayraq meydanı şəhərin Vaqif Cəfərov küçəsində yerləşir. 2021-ci ildə meydanın açılışı olub.