“Hazırda respublika ərazisində 62 stansiya vasitəsilə tədqiqatlar aparılır. 2021-ci ildə isə daha 22 stansiya quraşdırılacaq və bununla stansiyaların sayı 84-ə çatdırılacaq”.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib.

O bildirib ki, RSXM-nin 2021-ci il planına işğaldan azad edilmiş rayonlarımızda seysmik stansiyaların açılması məsələsi də artıq salınıb:

“2021-ci ildə Şuşa və Cəbrayılda, 2022-ci ildə Kəlbəcər və Qubadlı rayonlarında seysmik stansiyalar quraşdırılması nəzərdə tutulur. Növbəti illərdə isə Zəngilan, Laçın, Xocavənd, Tərtər (Talış kəndi), Ağdərə və Xankəndində seysmik stansiyaların quraşdırılması nəzərdə tutulur ki, bununla da RSXM tərəfindən respublika ərazisində seysmik müşahidələri tam şəkildə aparmaq mümkün olacaq”.