Şuşa İşğal Muzeyinin layihələndirilməsinə (tikinti üzrə layihə-smeta sənədlərinin hazırlanması) və məzmunun hazırlanmasına başlanılır.
İqtisadiyyat.az xəbər verir ki, iş üzrə sifarişçi qurum kimi Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu müəyyənləşib.
Müqaviləyə əsasən, Şuşa İşğal Muzeyinin layihəsini və məzmununu İtaliyanın “ArtCloud Network International s.c.r.l.” şirkəti hazırlayacaq. Bununıa bağlı İnstitutla şirkət arasında 946.667 manat dəyərində müqavilə bağlanılıb.