ABŞ qüvvələrinin Suriyanın şərqindəki Əl-Tənif bölgəsindəki hərbi bazası pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb.

İqtisadiyyat.az xəbər verir ki, yerli vaxtla səhər saat 09:00 radələrində terror təşkilatı DEAŞ-a qarşı koalisiya qüvvələrinə rəhbərlik edən Suriyanın şərqindəki Tanif bölgəsindəki ABŞ hərbi bazasına 5 pilotsuz uçuş aparatı hücum edib.

Pilotsuz uçuş aparatlarından 4-ü baza ərazisinə çatmamış koalisiya qüvvələri tərəfindən zərərsizləşdirilib, lakin 5-ci vasitənin həyata keçirdiyi hava hücumunda ilk təsbitlərə görə bazadakı bir bina hədəf alınıb.

Hədəf edilən binaya ziyan dəysə də, itkilər barədə məlumat verilmir.

Pilotsuz uçan aparatların kimə məxsus olduğu və harada havaya qalxdığı hələlik məlum deyil.

ABŞ-ın rəhbərlik etdiyi koalisiya hələlik hücumla bağlı şərh verməyib.