Kilis və Suriya sərhədindəki rayonlardakı düşərgələrdə taxıl biçini başlayıb.

İqtisadiyyat.az türk mediasına istinadən bildirir ki, təxminən 150 min ha sahədə əkilən dənli bitkilərdə yüksək məhsuldarlıq gözlənilir.

Kilis və rayonlarında düzənliklərdə yetişdirilən mərcimək, arpa və buğdanın biçini başlanacağı halda, suvarılan torpaqlarda biçin bir qədər gec başlayacaq. Taxıl biçini başlayan rayonlara daxil olan kombaynlar tam gücü ilə işlədiyi halda, indiyədək istehsalçılar hər hektardan 250-500 kiloqram məhsul götürürlər. Yüksək məhsulun gözlənildiyini deyən Kilis Əkinçilik Mühəndisləri Palatasının sədri Güven Özdemir arpa biçini ilə başlayan taxıl biçininin davam etdiyini bildirib.