İqtisadiyyat.az xəbər verir ki, nazirliyin açıqlaması sosial şəbəkədəki rəsmi səhifəsində dərc olunub.

“Əlaqəli platformalar vasitəsilə terror təşkilatları vətəndaşlarda qorxu yaratmağa yönəlmiş yalan məlumatlar, xəbərlər və videolar yayımlayır”,- deyə nazirliyin bəyanatında qeyd olunub.

Nazirlik vətəndaşları yalnız dövlətə məxsus rəsmi media vasitələrinə və rəsmi platformalara etibar etməyə çağırıb.

Buna qədər "Associated Press" agentliyi xəbər verir ki, terrorçu qruplaşmalar Hələbə daxil olaraq Suriya Silahlı Qüvvələri ilə toqquşmalara girib.