Suraxanı Rayon İcra Hakimiyyəti (RİH) Əmircan qəsəbəsində abadlıq-quruculuq işləri çərçivəsində ağacların dibinə kimi asfaltlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə fotolar RİH-in rəsmi “Facebook” səhifəsində paylaşılıb.

Qeyd olunub ki, asfaltlanma işləri Hasil Bayramov küçəsində həyata keçirilib.

Küçə asfalt örtüyü ilə döşənərkən ağaclar nəzərə alınmayıb və ağacların aşağı gövdəsi və ətrafı asfalt örtüyünün altında qalıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələnin araşdırılacağını bildirib.

Qeyd edək ki, Suraxanı RİH-in başçısı Əziz Əzizovdur.

Fotoları təqdim edirik: