Bu gün səhər saat 08:00-dan Suqovuşan qəsəbəsində yaradılan 97 sayılı Tərtər-Naftalan-Goranboy seçki dairəsinin 58 sayılı seçki məntəqəsində də səsvermə start götürüb. 

İqtisadiyyat.az Secki-2024.az-a istinadən xəbər verir ki, bu məntəqəyə həm Talış kəndinin sakinləri, həm də Suqovuşan qəsəbəsində tikintidə çalışanlar gələrək 30 ildən sonra işğaldan azad edilmiş ərazilərdə keçiriləcək seçkilərdə böyük qürur və sevinc hissi ilə səs verirlər.

Vətəndaşlar 30 ildən sonra işğaldan azad edilən Suqovuşanda keçirilən Azərbaycan Respublikasının Prezidenti seçkilərində böyük ruh yüksəkliyi və qürur hissi ilə iştirak edirlər.