Süni intellekt texnologiyalarının tətbiqi məşğulluğun azalmasına deyil, daha çox artmasına səbəb olacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT-nin ixtisaslaşmış qurumu olan Beynəlxalq Əmək Təşkilatının hesabatında deyilir.

Mütəxəssislər bildiriblər ki, əksər iş yerləri qismən avtomatlaşdırıla bilər. Beləliklə, bu texnologiyanın ən böyük təsiri onların keyfiyyətinin artırılması ola bilər.

Məlumata görə, süni intellektin inkişafı səbəbindən daha çox kargüzarlıqla bağlı işlər ləğv edilə bilər.

 

Gözəl Həşimova