İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) bu il 10-cu dəfə dərc etdiyi Dünya Enerji İnvestisiyaları hesabatında deyilir.
Məlumata görə, enerji sektorunda artan xərclər və siyasət qeyri-müəyyənlikləri investisiya qərarlarına təsir etsə də, kapital daha çox süni intellektə əsaslanan layihələrə fokuslanmağa başlayıb.
Süni intellektə maraq enerji sisteminin optimallaşdırılması və enerji innovasiyası üçün də imkanlar yaratdıb.
Hesabatda akkumulyatorlar, kömür, nüvə enerjisi, bərpa olunan enerji və istilik elektrik stansiyası avadanlıqları kimi əsas sahələrdə fəaliyyət göstərən şirkətlərin sərmayələri azalıb. Bildirilir ki, yüksək kapital xərcləri və qeyri-müəyyən bazar şərtləri uzunmüddətli və riskli layihələr üçün iştahı azaldıb.
Gözəl Azadəliyeva