Taylandda süni intellekt texnologiyası depressiyada olan insanlara kömək etmək üçün istifadə olunur.

Bu barədə İqtisadiyyat.az “Bangkok Post”a istinadən xəbər verir.

Məlumata görə, sınaq mərhələsində olan texnologiya ilkin məthələdə diaqnozların dəqiqliyi baxımından yaxşı qiymətləndirilib.

Bildirilib ki, Taylandın Milli Sağlamlıq Təhlükəsizliyi Ofisinin istifadə etməyə başladığı “AI DMIND” adlı süni intellekt texnologiyası xəstələrin psixoloji vəziyyətini qiymətləndirməyi asanlaşdırır.

 

Gözəl Həşimova