Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında hospitalizasiya olunan yanğınsöndürən ambulator müalicə üçün buraxılıb, həyatı üçün heç bir təhlükə yoxdur. 

TƏBİB-dən verilən məlumata görə, yanğında xəsarət alma halı ilə bağlı əlavə heç bir müraciət daxil olmayıb. 

Qeyd edək ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları hadisə yerindədir.

***

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın davam edir.

TƏBİB-dən verilən məlumata görə, dərhal hadisə yerinə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları cəlb olunub.

Bildirilib ki, 1 nəfər yanğınsöndürən aşağı ətrafın yanığı ilə hospitalizasiya olunur.