Sumqayıt şəhəri, Corat bağları yaşayış massivində silahlı basqın zamanı xəsarət alanların son durumu açıqlanıb.

Bu barədə İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

Bildirilbi ki, Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasında müalicəsi davam etdirilən 1958-ci il təvəllüdlü Mehman Sarıyev Reanimasiya şöbəsindən Cərrahiyyə şöbəsinə köçürülüb. Vəziyyəti stabildir. 

1960-cı il təvəllüdlü Tərlan Fərəcova Reanimasiya şöbəsində müalicəsini davam etdirir, vəziyyəti orta ağır qiymətləndirilir.

1990-cı il təvəllüdlü Etibar Sarıyev isə Travmatologiya şöbəsində müalicə alır. Vəziyyəti qənaətbəxşdir.