Sumqayıt Şəhər İcra Hakimiyyəti yolun çökməsi ilə bağlı məsələyə münasibət bildirib.

İcra Hakimiyyətindən verilən məlumata görə, şəhərin Heydər Əliyev prospekti ilə Azərbaycan prospektlərinin kəsişməsində yol çökməyib:

“Həmin ərazidən keçən kanalizasiya xəttlərində sızma olduğu üçün “Azərsu” ASC-nin əməkdaşları tərəfindən qazma işləri aparılır. Hazırda problemin həlli istiqamətində işlər görülür”.