Bu barədə İqtisadiyyat.az Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat əldə edib.
Belə ki, “Azərxalça” ASC bir müddət əvvəl Sumqayıt Kimya Sənayesi Parkında ona məxsus mövcud təmiz yun anbarının daxilində arakəsmələr inşa etməklə Xalça emalı sexinin tikintisi ilə bağlı hazırlıqlara başlayıb.
ASC sexin tikintisinin 1 859 787,38 manata başa gələcəyini proqnozlaşdırıb və bununla bağlı tender elan edib.
Lakin satınalma maliyyələşdirilmənin dayandırılması səbəbindən bu gün ləğv edilib.