Sumqayıt Tibb Mərkəzindən İqtisadiyyat.az-a verilən məlumata görə, təcili tibbi yardım şöbəsində həkimin müayinəsi zamanı şəxsin həyati əlamətlərinin olmadığı müəyyən olunub.
Ölümün digər dəqiqləşdirilməmiş formaları diaqnozu təyin edilən şəxsin nəşi təşrih üçün Məhkəmə-Tibbi Ekspertiza və Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.
***11:41
Sumqayıtda üç yaşlı körpə ölüb.
İqtisadiyyat.az "Report"a istinadla verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
Xəzri yaşayış massivində yerləşən fərdi evdə yaşayan 2022-ci il təvəllüdlü Qadir Qələndərovun evdə halı pisləşib.
O, Sumqayıt Uşaq Xəstəxanasına aparılarkən yolda ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.