Sumqayıtda avtomobil qadını vuraraq öldürüb.

İqtisadiyyat.az-ın xəbərinə görə, hadisə yanvarın 31-də Sumqayıt şəhəri ərazisində qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü Rəsulov Anar Hacıoğlan oğlu idarə etdiyi "Ford" markalı avtomobil ilə hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Daha sonra nəqliyyat vasitəsi səkiyə çıxaraq yolun kənarı ilə hərəkətdə olan piyada 1965-ci il təvəllüdlü Eyvazova Aqibət Ağasəlim qızını vurub. Nəticədə qadın hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.