Sumqayıt şəhərində qidadan zəhərlənmə hadisəsi baş verib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2-ci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakinləri 1978-ci il təvəllüdlü Süleymanova Vüsalə Qalib qızı və onun övladı 2007-ci il təvəllüdlü Süleymanova Nazilə Elçin qızı yaşadıqları evdə yedikləri yumurtadan zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.

Hazırda onların müalicəsi davam etdirilir.

Fakt araşdırılır.