“Sumqayıt” FK Mehdi Cənnətovla müqavilə imzalayıb 

İqtisadiyyat.az xəbər verir ki, 2023/24 mövsümü üçün transfer çalışmalarına start verən “Sumqayıt” FK ilk futbolçu keçidini reallaşdırıb. Klub son mövsümü “Zirə”də keçirmiş qapıçı Mehdi Cənnətovla 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 2017-2020-ci illərdə də "Sumqayıt"ın şərəfini qorumuş Cənnətov həmin müddət ərzində 63 oyun keçirib. Azərbaycan milli komandasında 1 matçda iştirak etmiş qapıçı son iki mövsümdə “Zirə”nin heyətində 47 qarşılaşmada meydanda olub.