Sumqayıtda içməli suyun verilməsi dayandırılacaq.

Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə təmin edən, Saray qəsəbəsindən 85,75 səviyyəsindən gələn, diametri 450 millimetrlik su kəmərinin 9-cu mikrorayon ərazisindən keçən hissəsində (“Gənclik” marketin qabağı) qəza baş verib.

Qəzanın qarşısının alınması məqsədi ilə 25 yanvar tarixində saat 23:00-dan 26 yanvar 18:00-a qədər 1-ci mikrorayonun bir hissəsi, 2-ci mikrorayon tam olaraq, 4-cü mikrorayonun bir hissəsi, 5-ci mikrorayonun bir hissəsi, 6-cı, 10-cu, 11-ci, 12-ci, 13-cü və 17-ci mikrorayonların 9 mərtəbələri, 34-cü məhəllə, 45-ci məhəllənin bir hissəsi, 47-ci məhəllə, Corat qəsəbəsinin bir hissəsi, həmçinin Yaşıldərə yaşayış massivində suyun verilişi dayandırılacaq.