Azərbaycan Premyer Liqasında 21-ci turun oyunları keçirilir.

İqtisadiyyat.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşmasında “Sumqayıt” doğma meydanda “Neftçi” ilə üz-üzə gəlib.

Bu qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilib. Bununla da sözügedən arena illər sonra bir çempionat matçına evsahibliyi edib. Sumqayıtlılar doğma məkanda qələbəyə seviniblər.

Azərbaycan Premyer Liqası

21-ci tur

4 fevral

“Sumqayıt” – “Neftçi” 2:1

Qollar: Kazimir Ninqa, 8; 37 – Filip Ozobiç, 90+7-pen.