Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura start verilib.

İqtisadiyyat.az xəbər verir ki, ilk gündə bir görüş baş tutub.

“Sumqayıt” doğma meydanda “Kəpəz”lə üz-üzə gəlib. “Gənclik şəhəri” təmsilçisi bu dəfə də qələbə qazana bilməsə, 2-ci pillədəki mövqeyini itirə bilərdi. Dörd qolun qeydə alındığı oyun “Sumqayıt”ın növbəti məğlubiyyəti ilə başa çatıb

Azərbaycan Premyer Liqası

25-ci tur 

1 mart

“Sumqayıt” – “Kəpəz” 1:3

Qollar: İsa Suliman, 80 – Vüsal Məsimov, 20. Mate Kvirkviya, 62. Rüfət Əhmədov, 90+5.