Rusiya sülhməramlıları Azərbaycan mediasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarət təbii ehtiyatların qanunsuz istismarını araşdıracaq monitorinq qrupunun Xocalıda Rusiya sülhməramlı kontingentinin rəhbərliyi ilə danışıqları işıqlandırmasına imkan verməyib.

Sülhməramlıların komandanı, general-mayor Andrey Volkov mətbuatın müzakirələri işıqlandırmasının qarşısını alıb.

Komandanlarından müvafiq əmr alan sülhməramlı hərbçilər Azərbaycan jurnalistlərinin monitorinq qrupu ilə birlikdə Şuşadan Xocalıya yola düşməsinə imkan verməyiblər. Rusiya hərbçiləri əlavə qüvvə cəlb edərək, jurnalistlərin qarşısını kəsib, geri qaytarıblar.

Onlar bu hərəkətlərini heç bir formada əsaslandırmayıblar.

Monitorinq qrupunun Xocalıda danışıqları davam edir.