Türkiyənin daxili işlər naziri Azərbaycan FHN-nin tibb personalına təşəkkür edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

"Bu, Azərbaycanın bizə verdiyi dəstəyə görə çox qiymətlidir. Həm insanımıza kömək edirsiz, həm də birlikdə çalışırıq. Allah sizdən razı olsun, minnətdaram. Qardaşın qardaşa borcu olmaz", - Süleyman Soylu FHN-in Mobil səhra hospitalına gələrkən bildirib.