Sudandakı toqquşmalarda 60 nəfər ölüb, 50 min nəfər qaçqın düşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi məlumat açıqlayıb.

Məlumata görə, toqquşmalar nəticəsində azı 250 nəfər yaralanıb. Bildirilib ki, Sudan Silahlı Qüvvələri və Çevik Dəstək Qüvvələri arasında davam edən toqquşmalar mülki əhaliyə mənfi təsir göstərir.

 

Gözəl Həşimova