Sudanın çevik reaksiya qüvvələri (xüsusi təyinatlılar) bazar günü Xartum əyalətinin Bəhri şəhəri yaxınlığında xüsusi təyinatlıların mövqelərinə hücum etdikdən sonra ölkənin silahlı qüvvələrinə məxsus MiQ hərbi təyyarəsini vurub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə xüsusi təyinatlıların nümayəndəsinin Twitter-də dərc olunmuş bəyanatında deyilir.

“Bazar günü səhər saatlarında çevik reaksiya qüvvələri keçmiş rejimin tərəfdarlarına (Sudan silahlı qüvvələri nəzərdə tutulur) məxsus MiQ təyyarəsini vurub. Bu gün səhər saatlarında düşmən təyyarələri qoşunlarımızın Bəhri ərazisindəki mövqelərinə hücum edib”, - xüsusi təyinatlıların mətbuata açıqlamasında deyilir.

Nümayəndə Hərbi Hava Qüvvələrinin hücumu nəticəsində xüsusi təyinatlılar arasında itkilər barədə də yazıb, lakin onların sayı barədə ətraflı məlumat verməyib.

Sudan Silahlı Qüvvələri vurulan təyyarə ilə bağlı hələlik şərh verməyib.