Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmədən müvafiq ixtisaslar üzrə müsabiqədə iştirak etmək istəyən subbakalavrların ərizələrinin qəbulu aprel ayının sonu may ayının əvvəlində internet vasitəsilə aparılacaq.

Bu barədə İqtisadiyyat.az-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib. Qeyd edilib ki, konkret tarixlər müəyyən olunan kimi məlumat veriləcək.