“mygov” platformasına daha bir neçə xidmət əlavə ediləcək. 

İqtisadiyyat.az xəbər verir ki, "Operativ Media"nın əldə etdiyi məlumata görə, həmin xidmətlərə "Qurumlarda Təmsilçilik Etibarnaməsi", "Etibarnaməyə xitam ərizəsi", "Nəqliyyat vasitəsindən istifadə üçün etibarnamə", "Nəqliyyata sərəncam etibarnaməsi" və "Subaylıq haqqında arayış"ın verilməsi daxildir. 

Qeyd edək ki, "mygov” Azərbaycanın rəqəmsal hökumət platformasıdır. Hökumətlə vətəndaş arasında körpü yaradan bu platforma bütün vacib sənədlərə və dövlət xidmətlərinə rəqəmsal formada çıxış imkanı yaradır.