“Su qıtlığı artıq özünü biruzə verir”.

Bunu “Ekspert saatı”nda Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov deyib. O bildirib ki, bu gün istifadə olunan, mənbədən götürülən su ancaq içmək üçündür: “İçməklə yanaşı, su daha vacib olan məqsədlər üçün istifadə olunmalıdır. Bu sudan bağçaları suvarmaq, kilim yumaq üçün istifadə olunmamalıdır. Tullantı sular bütün yaşıllıqların suvarılmasında, avtoyuma məntəqələrində istifadə olunmalıdır”.