Ukrayna Prezidenti Vladimir Zelenski NATO-nun Vilnüs Sammitində iştirak edəcək.

İqsadiyyat.az xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq jurnalistlərə deyib.

"Dünən Kiyevdə Prezident Zelenski ilə mən NATO-nun iyulda Vilnüsdə keçiriləcək Sammitinə hazırlığı müzakirə etdik.

Mən onu görüşdə iştirak etməyə dəvət etmişəm və şadam ki, o, dəvətimi qəbul edib və NATO-nun Vilnüs Sammitində iştirak edəcək.

Biz hazırlıqları müzakirə edərkən mən vurğuladım ki, Ukrayna üçün vacib olacaq ən azı iki məsələ var.

Bunlardan biri odur ki, mən Sammitdə NATO müttəfiqlərindən Ukraynanın Avropada suveren, müstəqil dövlət kimi qalibiyyətinin təminatı üçün əhəmiyyətli hərbi dəstək tələb olunduğu müddətcə Ukraynanı dəstəkləmək öhdəliyi götürməsini gözləyirəm və həmçinin NATO müttəfiqlərinin Ukraynaya Sovet dövründən qalma avadanlıqlardan, standartlardan, doktrinalardan NATO standartlarına və doktrinalarına keçməyə kömək etmək və Ukrayna qüvvələri ilə NATO qüvvələri arasında tam qarşılıqlı əlaqəni təmin etmək üçün illik proqramı təsdiqləməsini gözləyirəm", - Stoltenberq deyib.