“Çin Rusiyanın Ukraynaya hücumlarının nəticəsini diqqətlə izləyib və onun gələcək qərarlarına təsir edə biləcək dərslər alıb”.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

Stoltenberq, Şərqi Asiya səfəri çərçivəsində gəldiyi Tokiodakı təmaslarından sonra Keio Universitetində çıxış edib:

"Yaponiya əhəmiyyətli bir qlobal aktyordur, sülhü fəal şəkildə dəstəkləyir. NATO bunun üçündür".

Terrorizmdən iqlim dəyişikliyinə, kiber təhdidlərə və nüvə silahlarının yayılmasına qədər qlobal problemlərin artdığını ifadə edən Stoltenberq, qlobal nizam təhdid altında olduğunu vurğulayıb.