Şri-Lankanın şərqində neft çənləri daşıyan qatar vəhşi fil sürüsü ilə toqquşub.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Daily Mirror" nəşri məlumat yayıb.
Məlumata görə, hadisə bu gün şərq əyalətindəki Battikaloa-Kolombo xəttində baş verib. Bildirilib ki, toqquşma nəticəsində iki fil ölüb, bir neçə heyvan isə yaralanıb. Qeyd olunub ki, bir lokomotiv və dörd neft çəni relsdən çıxıb, onlardan ikisi aşıb.
Məlumatda qatarların hərəkətinin dayandırıldığı və qəzanın nəticələrinin aradan qaldırılmasının bir neçə gün çəkəcəyi bildirilir.
Sadiq Cavadov