Dekabrın 7-dən etibarən Şri-Lanka xarici turistlərin girişinə qoyulan bütün COVID-19 məhdudiyyətlərini ləğv edib.

İqtisadiyyat.az bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyini bəyanat yayıb.

Səhiyyə xidmətlərinin baş direktorunun imzaladığı bəyanata görə, Asiyanın məşhur kurort ölkəsinə gələn səyahətçilərdən sərhədi keçərkən artıq peyvənd sertifikatı tələb olunmayacaq.

Məhəbbət Məmmədov