Rusiyanın “Spartak” klubunun “Neftçi” ilə yoxlama görüşü üçün Bakıya gətirəcəyi heyət açıqlanıb.

İqtisadiyyat.az Rusiya mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Gilyermo Abaskal heyətə 18 futbolçu cəlb edib. Onlardan 3-ü qapıçı, 7-si müdafiəçi, 7-si yarımmüdafiəçi, 1-i isə hücumçudur. Müdafiəçi Aleksis Duarte, yarımmüdafiəçilər Roman Zobnin, Nail Umyarov, Viktor Mozes və Xesus Medina Bakıya gəlməyəcəklər.

Qapıçılar: İlya Svinov, Aleksandr Selixov, İlya Tixomirov;

Müdafiəçilər: Danil Denisov, Georgi Cikiya, Leon Klassen, Pavel Maslov, Tomaş Tavareş, Nikita Çernov, Dmitri İvanikov;

Yarımmüdafiəçilər: Teo Bonqonda, Mixail İqnatov, Ruslan Litvinov, Yeqor Qulyayev, Maksim Nikiforov, Anton Roşin, İvan Starkov;

Hücumçu: Aleksandr Sobolyev.

Martın 23-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Spartak” oyunu saat 18:00-da başlayacaq