Beynəlxalq kredit reytinq agentliyi Standard & Poor's (S&P) Çinin uzun və qısamüddətli kredit reytinqlərini "A+/A-1" olaraq təsdiqləyib, kredit reytinqinin proqnozunu "stabil" olaraq saxlayıb.

İqtisadiyyat.az xarici mətbuata istinadən xəbər verir ki, agentlik Çinin uzunmüddətli kredit reytinqinin “A+”, qısamüddətli kredit reytinqinin isə “A-1” olaraq təsdiqləndiyi bildirilib.

Sabit proqnoza görə, Çinin qarşıdakı 2 il ərzində orta göstəricinin üzərində böyüməyə davam edəcəyi qeyd edilib.

Bəyanatda deyilir ki, hökumət daxili və xarici problemləri yüngülləşdirmək üçün xərcləri artırdığı üçün ölkənin maliyyə kəsiri bu il pandemiyadan əvvəlki səviyyədən yuxarı qala bilər.

Açıqlamada Çin iqtisadiyyatının 2022-ci ildə Covid-19 məhdudiyyətlərindən xilas olduğu, lakin zəif qlobal tələbin və daşınmaz əmlak sektorundakı təhlükənin bu canlanmaya mane olduğu bildirilib.

Bəyanatda dövlət borcunun və faiz yükünün artması səbəbindən ölkənin maliyyə vəziyyətinin pisləşdiyi, lakin yaxın 2 ildə müəyyən konsolidasiya gözlənildiyi vurğulanıb.