"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi bir neçə ABŞ bankının reytinqini yenidən dəyərləndirib.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, agentlik "Associated Banc-Corp" və "Valley National Bancorp" banklarının reytinqini maliyyələşdirmə riskləri və vasitəçi depozitlərdən yüksək asılılıq səbəbindən aşağı salıb.

"S&P" həmçinin "UMB Financial Corp", "Comerica Bank" və "Keycorp" banklarının kredit reytinqlərini aşağı salaraq, böyük depozit axını və yüksək faiz dərəcələrini əsas gətirib.

Bundan başqa, "S&P" faiz dərəcələrindəki kəskin artımın daha bir neçə ABŞ bankının maliyyələşməsinə və likvidliyinə mənfi təsir edəcəyini proqnozlaşdırıb.

Gülşən Şərif