Yaxın Şərqdə artan gərginlik və ABŞ-də hasilatı pozan soyuq hava neft qiymətlərini ucuzlaşdırıb.
İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin mart müqaviləsində bir barelin qiyməti 2 sent ucuzlaşaraq 80,04 ABŞ dolları olub.
“WTI" markalı neftin mart müqaviləsində bir barelin dəyəri isə 1 sent azalaraq 74,75 ABŞ dollarına enib.
Gözəl Həşimova