Şotlandiyanın birinci naziri Hümzə Yusif Şotlandiya Milli Partiyasının lideri və birinci nazir vəzifəsindən istefa verdiyini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb 

"Mən artıq Şotlandiya Milli Partiyasının katibinə partiya lideri vəzifəsindən istefa vermək niyyətim barədə məlumat vermişəm və yeni partiya liderinin seçilməsinə hazırlıqların başlamasını xahiş etmişəm", - Yusif bildirib.

Şotlandiyada siyasi böhran keçən həftə Yusifin Şotlandiya Yaşılları ilə koalisiya sazişindən çıxması ilə başlayıb. Bundan sonra müxalifət partiyaları birinci nazirə və Şotlandiya hökumətinə iki etimad səsverməsi keçiriblər.