Bu ilin yanvar-avqust aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 374,4 milyon manat təşkil edib.

İqtisadiyyat.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 14,4 % və ya 425,8 milyon manat çoxdur.

8 aylıq daxilolmaların 2 milyard 179,8 milyon manatı qeyri-büdcə təşkilatlarının payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 15,6 % çoxdur.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar isə 119,1 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,4 % çoxdur. O cümlədən, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,5 % artaraq 87,9 milyon manata çatıb.

Hesabat dövründə icbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 16,2 % artaraq 609,7 milyon manat təşkil edib. O cümlədən, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 18,2 % artaraq 428,1 milyon manat olub.