Sony Qrupunun prezidenti Yoşida Keniçiro istefa verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Yaponiya şirkəti Sony bəyanat yayıb.

 Beyanatda prezident 63 yaşlı Yoşida Keniçiro istefa verəcəyi bildirilib.

Sony-nin Baş Maliyyə Direktoru (CFO), 58 yaşlı Totoki Hiroki yeni maliyyə ilinin başlandığı aprelin 1-dən Sony-nin prezidenti vəzifəsinə təyin ediləcək.

Bu sədr dəyişikliyi Yaponiya şirkəti üçün son 5 ildə ilk dəfə olacaq.

Qeyd edilib ki, yeni təyinat qərarı ilə Sony elektrik avtomobil sektorunda, eləcə də mövcud elektronika, oyun və film sektorlarında böyüməyi hədəfləyir.