Azərbaycana bu ilin yanvar-sentyabr aylarında idxal olunan əczaçılıq məhsullarının dəyəri 448,8 milyon dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 25,9 milyon dollar çoxdur.

Bəs son 5 ildə ölkə əczaçılıq məhsullarının idxalına nə qədər pul xərcləyib?

 

İl

Xərc

2019

207,2 milyon dollar

2020

271,1 milyon dollar

2021

415,7 milyon dollar

2022

474,8 milyon dollar

2023

448,8 milyon dollar

 

Gözəl Həşimova