Azərbaycan bu ilin yanvar-sentyabr aylarında 20 milyard 420 milyon kubmetr həcmində təbii qaz ixrac edib.
İqtisadiyyat.az bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu dövrdə Azərbaycandan ixrac edilən təbii qazın dəyəri isə 11,4 milyard ABŞ dolları təşkil edib. Hesabat dövründə Azərbaycandan ixrac edilən təbii qazın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 23,3% çox, dəyəri isə 692,9 milyon dollar azdır. Ölkənin ümumi ixracında təbii qazın payı 43,07 % olub.
2019-2023-cü illərdə Azərbaycanın qaz ixracından gəliri belə olub:
Gözəl Həşimova